Bakıda "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək

5 noyabr 2026-cı il tarixində Qərbi Kaspi Universitetinin təşkilatçılığı, BMT-nin Dağ Tərəfdaşlığı, Qafqaz Dağlıq Regionlarının Davamlı İnkişafı Şəbəkəsi, Beynəlxalq Dağçılıq Federasiyası (UIAA), Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Dendrologiya Bağı” publik hüquqi şəxsin və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə III Beynəlxalq "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" konfransı keçiriləcək. 

Nüfuzlu elm adamlarını və mütəxəssisləri bir araya gətirəcək bu beynəlxalq tədbir dağ ekosistemlərinin qorunması və regionların dayanıqlı inkişafı istiqamətində mühüm müzakirələrə ev sahibliyi edəcək. 

Konfrans çərçivəsində biomüxtəlifliyin mühafizəsi və qlobal ekoloji çağırışlarla mübarizə yolları ətraflı qiymətləndiriləcək.