“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları Zəfər parkını ziyarət ediblər
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın tarixi Qələbə qazanmasından 6 il ötür. Bu Qələbə Azərbaycan xalqının birliyi, ordumuzun qəhrəmanlığı və şəhidlərimizin fədakarlığı nəticəsində əldə olunub.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları Zəfər Günü ilə əlaqədar Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.
Ziyarət zamanı Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub, xatirə kompleksinin önünə gül dəstələri düzülüb.