“Dendrologiya bağı” PHŞ-nin əməkdaşları “Aqronomiya və bitki sağlamlığı: elmdən təcrübəyə” adlı konfransda iştirak edib

20 noyabr 2026-cı il tarixində Bakı şəhərində, Four Seasons Hotel Bakuda “Aqronomiya və bitki sağlamlığı: elmdən təcrübəyə” adlı konfrans keçirilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə təşkil edilən konfransın əsas məqsədi aqronomiya və bitki sağlamlığı sahəsində müasir yanaşmaların, qabaqcıl təcrübələrin və innovativ həllərin müzakirəsi, həmçinin kənd təsərrüfatında dayanıqlı istehsalın inkişafına dair fikir mübadiləsinin aparılması olub.

Konfrans çərçivəsində dövlət dəstəyi və subsidiya mexanizmləri, pestisid qalıqları, bitki mühafizəsi, inteqrir zərərvericilərlə mübarizə (IPM) metodları, bitki sağlamlığının qorunmasında müasir yanaşmalar və yeni biotexnologiyalarla bağlı təqdimatlar və müzakirələr keçirilib.

Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin (PHŞ) əməkdaşları Şəlalə Məmmədova və Selcan Səfərəliyeva iştirak ediblər.