“Dendrologiya Bağı” PHŞ-nin laboratoriya hesabatlarının ilkin dinlənilməsi keçirilmişdir
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətində laboratoriya əməkdaşlarının iştirakı ilə iclas keçirilib.
“Dendrologiya Bağı” PHŞ İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə keçirilən iclasda hesabatların təqdimatı və digər məsələlər müzakirə edilib.
İclasda “Meşə ekosistemləri”, “Landşaft memarlığı və sistematika”, “Dendroxronologiya”, “Təsərrüfat əhəmiyyətli bitkilər”, “Ekologiya və iqlimləşdirmə” laboratoriyalarının əməkdaşları öz ilkin hesabatlarını təqdim ediblər.
İclasda 2023-2024-cü illəri əhatə edən elmi-tədqiqat iş planına əsasən layihələr, tədqiqat işləri, ezamiyyələrin təşkili o cümlədən, beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Toplantıda laboratoriyaların ilkin hesabatları dinlənilib, onlara tapşırıq və təlimatlar verilib.
Daha sonra bağın göstərə biləcəyi xidmətlər müzakirə olunub.
Ölkədaxili və xarici ezamiyyələr, həmçinin həyata keçirləcək ortaq layihələr tam şəkildə təhlil edilib.
İclasda “Dendrologiya Bağı” publik hüquqi şəxsin qrafik dizaynerlər tərəfindən hazırlanmış loqosu müzakirə edilib və təsdiq olunub.
Müzakirəyə çıxarılmış mövzulardan biri də hazırlanmaqda olan və respublikamız üçün mühüm əhəmiyyət kəsb edəcək layihənin icrası ilə bağlı müvafiq tapşırıqlar olub.
“Dendrologiya Bağı” PHŞ-nin İdarə Heyəti sədrinin müavini Samirə Bağırova tərəfindən
iclasın yekununda şöbə və laboratoriyalara qarşıda duran vəzifələrin və yeni fəaliyyət planlarının icrası ilə bağlı müvafiq təlimatlar verilib.