Dendrologiya bağında bitkilərə aqrotexniki qulluq tədbirləri davam edir

Dendrologiya bağının ərazisində, o cümlədən, tədqiqat sahələrində mütəmadi olaraq təmizlik işləri aparılır, tullantıların ərazidən uzaqlaşdırılması, ağac və kol bitkilərinin diblərinin yumşaldılması,  bitkilərin vaxtaşırı suvarılması işləri həyata keçirilir. Bitkilər zərərvericilərə qarşı dərmanlanır, alaq otlarından təmizlənir. 
Mövsümə uyğun olaraq ağacların budanması prosesi icra edilir.

Qeyd edək ki, Dendrologiya bağında torpaqların münbitliyinin artırılması, yaşıllıq sahələrinin qorunub saxlanılması işləri mərhələli şəkildə aparılır. Göstərilən aqrotexniki qulluq nəticəsində bitkilərdə sürətli inkişaf müşahidə olunur.

Şərhini yaz