Dendrologiya Bağı beynəlxalq əməkdaşlığı davam etdirir
Yerli və beynəlxalq əməkdaşlıq etməklə biomüxtəlifliyin qorunub-saxlanılması, növlərin çoxaldılması, davamlı inkişafın təmin edilməsi ölkəmizdə dövlət siyasətinin prioritet məsələlərindəndir. Bu istiqamətdə müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıqlar qurulur, mövcud əlaqələr genişləndirilir, mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxs təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq birgə tədqiqatların aparılması məqsədilə beynəlxalq əməkdaşlığı davam etdirir. Biomüxtəlifliyin artırılması məqsədi ilə Slovakiyada yerləşən Koşice Pavol Jozef Şaferik Universitetinin Botanika Bağı ilə mütəmadi olaraq toxum mübadiləsi həyata keçirilir. 10 fərqli toxum nümunəsi - Annona mucosa Jacq., Coffea arabica L., Musa velutina H. Wendl. & Drude., Pachira aquatica Aubl., Abies koreana E.H.Wilson., Acer palmatum Thunb., Euonymus alatus Siebold., Sorbus commixta Hedl., Syringa x swegiflexa, Taxus cuspidata Siebold & Zucc. mübadilə yolu ilə Koşice Pavol Jozef Şaferik Universitetinin Botanika Bağından əldə edilmişdir. Bu növlərin bioekoloji xüsusiyyətləri, Abşeron yarımadasının torpaq - iqlim şəraitində yetişdirilmə və çoxaldılma yolları Dendrologiya Bağının “Ekologiya və iqlimləşdirmə” laboratoriyası tərəfindən araşdırılmış, bağ ərazisində introduksiya edilmişdir.