“Dendrologiya Bağı” PHŞ-nin şöbə və laboratoriyalarının illik hesabatları qənaətbəxş hesab edilmişdir
11 dekabr 2023-cü il tarixindən etibarən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətində, İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə şöbə və laboratoriyaların illik hesabatları dinlənilmişdir.
İclasda 2023-2024- cü il üzrə fərdi iş planına uyğun hazırlanmış hesabatları “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin müdiri, b.ü.f.d., dosent Aqil Qasımov, “Abşeron şəraitində “Dendrologiya bağı” ərazisində bitkilərin xəstəliktörədici və zərərvericilərinin kütləvi çoxalma səbəbləri, bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi”, “Ekologiya və iqlimləşdirmə” laboratoriyasının müdiri Leyla Atayeva “Park-bağlarda, yaşıllaşdırma təsərrüfatlarında ekoloji vəziyyətin qiymətləndirilməsi və davamlı növlərin araşdırılması”, “Landşaft memarlığı və sistematika” labaratoriyasının baş mütəxəssis-laborant Şəbnəm Əşrəfova “Abşeron yarımadasının park-bağlarında dekorativ növlərin sistematik təhlili və landşaft memarlığında istifadə perspektivliyi”, “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssis-laborant Şənay Albalıyeva “Təbii və mədəni şəraitdə becərilən ağac-kol bitkilərinin təsərrüfat əhəmiyyətliliyi və sənayenin müxtəlif sahələrində istifadəsi”, “Dendroxronologiya” laboratoriyasının mütəxəssis-laborant Hökümə Mehrəliyeva “Abşeron yarımadasının park və bağlarındakı yaşlı və tarixi abidə sayılan ağacların dendroxronoloji tədqiqi və elektron informasiya sistemində baza məlumatlarının yaradılması”, “Meşə ekosistemləri” laboratoriyasının aparıcı mütəxəssisi Nicat Yarov “Dendrologiya bağı ərazisində bəzi qiymətli ağac və kol bitkilərinin tədqiqi, monitorinqi və çoxaldılması” mövzuları üzrə hesabatlarını təqdim etmişdir.
Məruzə edilmiş hesabatlar qənaətbəxş hesab edilmiş, sual yaradan məqamlar aydınlaşdırılmış, irad və təkliflər bildirilərək gələcək işlərdə aradan qaldırılması söylənilmiş, işlərin icrası ilə bağlı müvafiq təlimatlar verilmişdir.