“Dendrologiya Bağı" PHŞ Yeni il təbriki
Dəyərli həmvətənlər, “Dendrologiya Bağı" PHŞ-də çalışan əməkdaşlar!
Bu gün Azərbaycan xalqının ən əziz bayramlarından biri - birlik və bərabərlik bayramı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür, eyni zamanda yeni 2024-cü ili qarşılayırıq. Yola saldığımız 2023-cü il son 35 ildə acılı-şirinli günlərə şahidlik etmiş Azərbaycan xalqının həyatında mühüm hadisələrlə yadda qaldı. Azərbaycan dövlətinin bütün ərazisində suveren hüquqları bərpa edildi. Oktyabrın 16-da müzəffər Ali Baş Komandan, prezident cənab İlham Əliyev Xankəndi, Ağdərə, Əsgəran, Xocalı şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısı tarixi çıxış edib, sevincini Azərbaycan xalqı ilə bölüşdü.
Yola saldığımız 2023-cü il həm ölkəmiz, həm də "Dendrologiya Bağı" publik hüquqi şəxs üçün uğurlu il kimi yadda qaldı. "Dendrologiya Bağı" PHŞ olaraq uğurlu layihələrə, əməkdaşlıq müqavilələrinə imza atdıq, memorandumlar imzaladıq.
2024-cü il Azərbaycan Respublikasında “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub.
"Dendrologiya Bağı" publik hüquqi şəxs olaraq ətraf mühitin qorunması, bitki aləminin mühafizəsi, nadir bitkilərin toplanması istiqamətində səmərəli fəaliyyətini 2024-cü ildə də davam edəcək.
Əziz həmkarlar, Yeni iliniz mübarək! Qoy, yeni il dünyamıza sülh və əmin-amanlıq, ölkəmizə bolluq və firavanlıq gətirsin!
Sizə şəxsi həyatınızda və elmi-ictimai fəaliyyətinizdə uğurlar arzu edirik!
Hörmətlə:
“Dendrologiya Bağı" PHŞ -in İdarə Heyəti adından sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova