COP29-un Təşkilat Komitəsinin tərkibində dəyişiklik edildi - SƏRƏNCAM
Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” sərəncamla yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilib:
“Təşkilat Komitəsinin sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavin
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr
Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavin
Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri
Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.”