Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin beynəlxalq əlaqələri genişlənir
“Dendrologiya Bağı” PHŞ ilə Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin Cənubi Ural Botanika Bağı-İnstitutu arasında əməkdaşlıq müqaviəsi imzalanıb.
Razılaşmaya əsasən tərəflər birgə ekspedisiya araşdırmaları həyata keçirəcək, bitki materialları və herbari mübadiləsində qarşılıqlı dəstəyi təmin edəcəklər.
Elmi araşdırmaların səmərəliliyini artırmaq və onların nəticələrini uğurla həyata keçirmək, nəşrlərin hazırlanması, herbari toplanışı və digər məlumatların identifikasiya mübadiləsinin aparılması da razılaşmada nəzərdə tutulur.
Razılaşmaya əsasən tərəflər elmi kadrların dissertantura və doktoranturada təhsili üçün hazırlıq və attestasiyasını, mütəxəssislərin təcrübə keçmələri, ixtisaslaşmış elmi şura işlərinə cəlb edilmələrini təmin edir; elmi konfranslar, simpoziumlar və məktəblər təşkil edir və keçirir.
Razılaşmaya bitkilərin introduksiya nəzəriyyələri, proqnozlaşdırma, introduksion metodologiya və metodika, dünya resurslarının qiymətləndirilməsi, introduksion fondların inventarizasiyası və onların qarşılıqlı maraqlarının müxtəlif sahələrində yarana biləcək istiqamətlərin mühafizəsi sahəsində ümumiləşdirilmiş əsər və kataloqların yaradılmasında birgə iştirak da daxildir.
Müqaviləyə əsasən tərəflər elmi araşdırmaların səmərəliliyini artırmaq və onların nəticələrini uğurla həyata keçirmək, informasiya-axtarış sistemləri və genofond bankların informasiya məlumatları üçün vacib olan bitki və toxum kolleksiyaları, introduksiya sualları, seleksiyalar, təbiəti mühafizə fəaliyyəti və digər məlumatların identifikasiyası mübadiləsini aparacaqlar.
Qeyd edək ki, əməkdaşlıq müqaviləsini Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və Rusiya Elmlər Akademiyasının Ufa Federal Araşdırma Mərkəzinin cənubi Ural Botanika Bağı-İnstitutunun direktoru Şiqapov Zinnur Heydəroviç imzalayıb.