“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşı təlimdə iştirak edib
Yanvarın 17-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin məsləhətçi- aqronomu Xədicə Əliyeva Moskvada keçirilmiş “Müxtəlif növ mayelərlə işləyərkən riskləri azaltmaq üçün paylama texnikası və üsulları” adlı vebinarda iştirak etmişdir.
Təlimçi Arina Xartukova tərəfindən təşkil olunmuş təlim laboratoriya mütəxəssislərinin texniki biliklərinin artırılması, avadanlıqlardan düzgün istifadə prinsiplərinin öyrənilməsi və baş verə biləcək qəzaların qarşısının alınması kimi mövzuları əhatə etmişdir. Həmçinin təlimdə müxtəlif pipetləmə üsullarının ölçmə nəticələrinə təsiri, ölçmədəki səhvlərin səbəblərinin müəyyən edilməsi və onların təsirinin aradan qaldırılması yolları, mürəkkəb mayelərlə işləmək üçün uyğun avadanlıq və ya üsulların düzgün seçilməsi haqqında nüanslara toxunulmuşdur.
Şöbə əməkdaşı Xədicə Əliyeva təlimi uğurla başa vurduğuna və aktiv iştirakına görə sertifikata layiq görülmüşdür.