“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşları Azərbaycan Universitetində keçirilən konfransda iştirak ediblər

15 mart 2024-cü il tarixində "Dendrologiya Bağı " publik hüquqi şəxsin (PHŞ) əməkdaşları Azərbaycan Universitetində keçirilən "Gənc tədqiqatçıların VII respublika elmi konfransı"nda iştirak ediblər.

Konfransın məqsədi ölkədə fəaliyyət göstərən universitetlərin müxtəlif pillələrdə təhsil alan gənc tədqiqatçıların öz elmi nəticələrini təqdim etmələri,  ayrı-ayrı sahələr üzrə çalışan tədqiqatçıların ümumi məsələlər üzrə diskussiyalar aparmasına şərait yaratmaq olmuşdur.

Konfransda "Bitki mühafizəsi və inkişafının təmin edilməsi " şöbəsinin əməkdaşları Selcan Səfərəliyeva və Xədicə Əliyeva tədqiqat obyektləri olan Zeytun Fidan Tırtılı - Palpita vitrealis (Rossi, 1794)  zərərli orqanizminin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və ona qarşı aparılan mübarizə tədbirlərindən bəhs edən tədqiqat işlərini təqdim etmişlər.

Konfrans məruzələrlə davam etmiş,  sonda iştirakçılar sertifikata layiq görülmüşdür.

Şərhini yaz