Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruzun sonuncu - İlaxır çərşənbəsi qeyd olunur. El arasında buna Torpaq çərşənbəsi deyilir.

Ənənəyə görə, axırıncı çərşənbə xüsusi təntənə ilə qeyd edilir.

İlaxır çərşənbədə üzərlik yandırılır, od qalanır, tonqallar üstündən tullanılır, papaq atılır, qulaq falına çıxılır.

Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır. Tonqalı söndürmək olmaz. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

İnanca görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır. Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.

Bayramınız mübarək!

Şərhini yaz