Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi gecəsi keçirilib. 

Tədbirdə Bakı Şəhər  İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,  bir sıra dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, paytaxt ictimaiyyətinin nümayəndələri, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının nümayəndələri, elm və mədəniyyət xadimləri və çoxsaylı qonaqlar iştirak ediblər.  

Qeyd olunub ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cümlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sözlə, o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. 

Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə Ulu Öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi. Ulu Öndərin 100 illik yubileyi ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq, həm də ötən əsrin 70-ci illərindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunub. Bu klassik musiqi gecəsi həmçinin Ulu Öndərin  əziz xatirəsinə ehtiramın musiqi dilində ifadəsi olub. 

Bakı Şəhər İcra Hakimiyyətinin dəvəti ilə “Dendrologiya Bağı” publik hüquqi şəxsin  İdarə Heyətinin sədr müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova, əməkdaşları Rəsmiyyə Əfəndiyeva, Firuzə Mustafayeva, Leyla Atayeva, Vüsal Məmmədov tədbirdə iştirak etmişlər.

Şərhini yaz