“Dendrologiya Bağı” əməkdaşlarının iştirakı ilə 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir.

Aprelin 5-də Bakının Xətai rayonu ərazisində 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Bakı şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin kollektivi iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən əraziyə şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb. 

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində müxtəlif tədbirlərin, eləcə də ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.

Şərhini yaz