“Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları Sertifikat aldı

19-20 iyun 2023-cü il tarixində “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda beynəlxalq konfransda fəal iştirakına görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovaya, qurumun “Ekologiya və İqlimləşdirmə” laboratoriyasının əməkdaşı Leyla Atayevaya, “Dendroxronologiya” laboratoriyasının əməkdaşı Şəbnəm Əşrəfovaya AMEA-nın və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun Sertifikatı verilib. 

Sertifikatı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova imzalayıb.

Şərhini yaz