Dendroxronologiya laboratoriyasının əməkdaşları təltif edilib

21-23 iyun 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik ildönümü ilə əlaqədar təşkil olunmuş  Beynəlxalq Torpaq Elmləri Konqresində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları təltif ediliblər.

“İqlim dəyişikliyi və davamlı torpaq idarəetməsi” haqqında “Hirkan dendroflorasında Sivrimeyvəli vələsin (Carping Schuschaensis h.Winki) dendroxronoloji tədqiqi" adlı məqaləyə görə “Ekologiya və İqlimləşdirmə” laboratorasiyanın əməkdaşı Leyla Atayeva, “Dendroxronologiya” laboratoriyasının əməkdaşı Şəbnəm Əşrəfova və Şənay Albalıyeva Təşkilat Komitəsinin prezidenti akademik Qərib Məmmədov tərəfindən sertifikata layiq görülüblər.