“Dendrologiya Bağı”nın əməkdaşı “İqlim Dəyişmələri və COP” mövzusunda təlimdə iştirak edib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə QHT-lər üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilib.

13 may 2024-cü il tarixində yüzdən çox Qeyri-Hökumət Təşkilatı nümayəndəsinin iştirak etdiyi təlimdə “İqlim Dəyişikliyi Konseptləri və Terminologiyası”, “COP tədbirlərinin rolu və mahiyyəti”, "COP Danışıqları, Müəyyən edilmiş Milli Töhfələr (NDCs), Milli Uyğunlaşma Planları (NAPs)" və s. kimi mövzular barədə ətraflı məlumat verilib. 

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin informasiya təminatı üzrə aparıcı məsləhətçisi Elman Cəfərli təlimdə iştirak edib. Təlimin yekununda uğurlu nəticə göstərən ictimai birliyin sədrinə Agentliyin və ADA Universitetinin sertifikatları təqdim olunub.

Şərhini yaz