“Dendrologiya Bağı”nda iməcilik keçirilib-FOTOLAR

7 iyul 2023-cü ildə “Dendrologiya Bağı”nda ənənəvi həftəlik iməcilik keçirilib.

İməcilikdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin əməkdaşları iştirak edib.

İməcilikdə sərv ağaclarına və nar kollarına, dəfnə ağaclarına aqrotexniki qulluq göstərilib. Ağacların dibi bellənib, suvarılıb. Ağac və kolların quru budaqları kəsilib. Nar kollarının dibində su arxları açılıb.

Bağda gediş-gəliş yerləri, ağacların dibi qurumuş otlardan təmizlənib.

Şərhini yaz