“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşları elmi-praktik konfransda iştirak etmişdir

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı tədbirlər planı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə sözügedən qurumların rəsmiləri, konfransa tezis təqdim etmiş alim və mütəxəssislər, müxtəlif təşkilatların nümayəndələri iştirak edib.

23-24 may tarixlərini əhatə edən konfransda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə aparılan ekoloji siyasət barədə danışılıb, ekoloji təhsil və təbiətə qayğıkeş münasibətin formalaşmasında onun əvəzsiz xidmətləri ilə bağlı çıxışlar edilib, müxtəlif mövzular ətrafında plenar və simpoziumal məruzələr dinlənilib, ətraflı müzakirələr aparılıb.  Tədbirdə təşkil edilmiş sərgidə “Dendrologiya Bağı” publik hüquqi şəxsin kollektivinin elmi əsərləri, sertifikatları və bağın kolleksiya sahələrindən tədarük edilmiş bitki nümunələri nümayiş etdirilib.

“Ekologiya və iqlimləşdirmə” laboratoriyasının mütəxəssisi Lalə Nəsirli “İqlim dəyişkənliyinin Pinus eldarica Medw. növünə təsiri” adlı tezisi ilə simpoziumal məruzələr bölməsində çıxış edib.  Konfransın yekununda iştirakçıların Altıağac Milli Parkına ekskursiyası təşkil edilib və iştirakçılara sertifikat təqdim edilib.

Şərhini yaz