“Dendrologiya Bağı” PHŞ İdarə Heyətinin sədri v.i.e. Samirə Bağırovanın doğum günüdür

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin (PHŞ) İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın doğum günüdür.

Həyatını bütünlüklə elmi yaradıcılığa, gənc nəslin mariflənməsinə həsr etmiş Samirə xanım 100-ədək elmi məqalənin, 1 monoqrafiyanın, 1 kitabın müəllifidir. Onun yeni elmi ideyaları, səmərəli və maraqlı təklifləri daim yerli və beynəlxalq elmi təşkilatların, elmi ictimaiyyətin diqqətini cəlb edib.

Samirə xanım əsl ziyalı, məsuliyyətli vətəndaş kimi ictimai-siyasi proseslərdə fəal iştirak edir. Yeni Azərbaycan Partiyasının üzvü olan S.Bağırova Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi ilə seçilir.

Yüksək prinsipiallığı, işgüzarlığı və siyasi savadlılığı ilə seçilən S.Bağırova hər zaman Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanı inkişafa aparan siyasi kursuna və çağırışlarına dəstək verir, Heydər Əliyev siyasi ideyalarının gənclər arasında yayılmasına çalışır.

Böyük Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusi elm və alim haqqında deyirdi: “Alimin səadəti elm və mədəniyyətdir”.

Gənc yaşında elmi nailiyyətlər əldə etmiş, elmi ictimaiyyət arasında böyük nüfuza malik olan, yüksək insani keyfiyyətləri ilə rəhbərlik etdiyi kollektivin sevgisini qazanmış Samirə xanım da bu baxımdan xoşbəxtdir.

Əziz Samirə xanım! Sizi “Dendrologiya Bağı” PHŞ-in kollektivi adından təbrik edir, peşə və elmi fəaliyyətinizdə nailiyyətlər, çətin və məsuliyyətli vəzifənizdə böyük müvəffəqiyyətlər arzu edirik.

Şərhini yaz