“Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin iclası keçirilmişdir

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin toplantısı keçirilmişdir.

“Dendrologiya Bağı” PHŞ-nin İdarə Heyəti sədrinin müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırovanın rəhbərliyi ilə laboratoriya əməkdaşlarının iştirak etdiyi iclasın gündəliyində üç məsələ olub.

İclas iştirakçıları laboratoriyaların 2023-2024-cü il üzrə nəzərdə tutulan elmi-tədqiqat iş planına əsasən tədqiqatların, layihələrin, ezamiyyələrin təşkilini, o cümlədən, bağ ərazisində aparılan işləri, əməkdaşların nizam-intizam qaydalarını müzakirə etmişlər.

İclasda ilk olaraq çıxış edən “Dendrologiya Bağı” PHŞ-nin İdarə Heyəti sədrinin müavini Samirə Bağırova laboratoriyaların fərdi iş planına uyğun olaraq fizioloji parametrlərə görə perspektiv növlərin seçilməsi, park-bağlarda və yaşıllaşdırma təsərrüfatlarında dendrofloranın növ tərkibinin taksonomik araşdırılması, antropogen və texnogen təsirin torpaq, su, bitki ehtiyatlarının vəziyyətinə təsirinin monitorinqi istiqamətində görüləcək işlərlə bağlı təkliflər səsləndirmişdir.

Təkliflərdən sonra “Meşə ekosistemləri”, “Landşaft memarlığı və sistematika”, “Dendroxronologiya”, “Təsərrüfat əhəmiyyətli bitkilər”, “Ekologiya və iqlimləşdirmə” laboratoriyalarının əməkdaşları fikir və mülahizələrini söyləmiş, mövzu ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edilmişdir.  

Şərhini yaz