Dendrologiya bağında əsaslı təmir işləri davam etdirilir

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir. 
Təmir-tikinti və bərpa-quruculuq planına uyğun olaraq bağ ərazisində təzə ağaclar əkilib, yaşıllıq zolaqları salınıb.

Ziyarətçilərin səyahətini asanlaşdırmaq üçün xüsusi beton cığırlar yaradılıb.
Bundan əlavə bağda bitkilərə arqotexniki qulluq işləri də aparılır.
Bağın ərazisinin kollardan və qurumuş ağaclardan təmizlənməsi işləri sürətlə davam etdirilir.

Dendrologiya bağının intensiv inkişafı ilə əlaqədar olaraq təcrübə sahələrində əkilmiş ağacların dibləri bellənir,  suvarma işləri aparılır, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəz edilir.

Əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılır.

Şərhini yaz