“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı II Beynəlxalq Konfrans keçiriləcək

5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetinin, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA) birgə təşkilatçılığı ilə “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı II Beynəlxalq Konfrans keçiriləcək.

Konfransın təşkilatçıları arasında Bakı Şəhəri İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxs də yer almışdır. Dendrologiya bağının İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova konfransın təşkilat komitəsinin üzvüdür.

 “Dağlar: Mədəniyyətlər, Landşaftlar, Biomüxtəliflik-2024” II Beynəlxalq Konfransın məqsədi bilik mənbələri arasında əlaqələri gücləndirmək və davamlı gələcəyə dair fikirləri, yollar və təsəvvürləri inkişaf etdirməkdir.

Konfrans dörd əsas mövzunu əhatə edən müzakirə sessiyalarını əhatə edəcəkdir:

1. “Qlobal dağ bioloji müxtəlifliyinin qiymətləndirilməsi” sessiyasında Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı, Qlobal Dağ Bioloji Müxtəlifliyinin Qiymətləndirilməsi və Dağ Tədqiqatları Təşəbbüsünün ekspertləri müzakirələrə rəhbərlik edərək öz fikirlərini təqdim edəcək, dağlıq bölgələrdə - bu unikal ekosistemlərin qorunmasının vacibliyini vurğulayaraq biomüxtəlifliyin hərtərəfli qiymətləndirilməsini aparacaqlar;

2. “Qlobal ekoloji problemlər” sessiyası yaranmış ekoloji böhranın mənfi təsirini azaltmaq üçün hansı tədbirlərin görülə biləcəyi barədə maarifləndirmənin artırılmasına həsr olunmuşdur;

3. “Dağ mədəniyyətləri” sessiyası - musiqisi, mətbəxi, festivalları və ya mədəniyyətləri də daxil olmaqla dağ icmalarının adət-ənənələri, onların unikal həyat tərzinə bir pəncərəni təqdim edəcəkdir;

4. “Dağ turizmi və iqtisadi təsirlər” sessiyası dünyada mühüm turizm məkanları, zəngin mədəni irsi ilə ziyarətçiləri cəlb edən gözəl mənzərəli ərazilər, idman atraksionları, turizm üçün yararlı ucqar kənd dağ icmaları və iqtisadi imkanlar mənbəyi olan ərazilərin landşaftlar boyunca təbii və mədəni irsinin istismar edilmədən, geomüxtəlifliyin qorunub saxlanmasına və təşviqinə kömək edən dözümlülük yaratmaq məqsədi daşıyır.

Qeyd edək ki, keçiriləcək konfrans 2019-cu il 10-12 may tarixlərində Beynəlxalq Dırmanma və Alpinizm Federasiyası və Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” mövzusunda I Beynəlxalq Konfransın davamıdır.

https://mountain.study/

Şərhini yaz