Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konqres keçirilib

21 iyun 2023-cü il tarixində AMEA-nın Əsas binasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq konqres keçirilmişdir.

Azərbaycanın ev sahibliyi etdiyi, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin əsas məqsədi torpaqşünaslıq sahəsində son nailiyyətləri öyrənmək, müzakirə etmək və əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Konqresdə “Dedrologiya Bağı” publik hüquqi şəxsinin  İdarə Heyətinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova elmi komitənin üzvü olmuşdur.

“Dedrologiya Bağı” PHŞ-nin əməkdaşları Leyla Atayeva, Şəbnəm Əşrəfova, Şənay Albalıyeva “Dendrochronological study of Carpinus schuschaensis H.Winkl.in Hirkan dendroflora” adlı məqalə ilə iştirak etmiş, sertifikata layiq görülmüşlər. 

Şərhini yaz