"Dendrologiya Bağı" publik hüquqi şəxsin kollektivi Quba gəzintisində-FOTOLAR, VİDEO

İsti yay günlərində ağır iş həftəsinin yorğunluğunu harada və necə çıxarmaq olar? Təbii ki, təbiət qoynunda gəzinti və istirahətlə.

"Dendrologiya Bağı" publik hüquqi şəxsin rəhbərliyi hər zaman əməkdaşların asudə vaxtının səmərəli təşkilinə diqqət ayırır.

“Dendrologiya Bağı” publik hüquqi şəxsin kollektivi avqustun 5-də ölkəmizin dilbər guşələrindən biri olan Quba rayonunda gəzintidə oldu.
Səmimi və mehriban kollektivimizin üzvləri Qubanın gəzməli, görməli yerləri ilə tanış oldu, istirahət məkanlarında dincəldi.
Cənnət Qubanın ecazkar təbiəti, sıx meşələri, gur axan dağ çayları insanda hüzur və dinclik yaradır.

Qubanın Nügədi kəndində yerləşən təbii göl, turistlərin sevimli məkanı olan katamaranda qayıqla, dağ motosiklləri və atla gəzinti əməkdaşlarımıza xoş əhval bəxş etdi. Gün necə keçdi bilmədik.

Vaxt keçdi, amma biz cənnət Qubanın gözəl təbiətindən doymadıq.

Kollektivimizin Quba gəzintisindən foto və videoları təqdim edirik :

https://youtube.com/watch?v=CIpq2bSUWHk&feature=share7

https://youtube.com/shorts/R6vPyuUs6lY?feature=share7@

https://youtube.com/watch?v=CIpq2bSUWHk&feature=share7

Şərhini yaz