“Dendrologiya Bağı” publik hüquqi şəxsin əməkdaşı sertifikata layiq görülüb

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin Meşə ekosistemləri laboratoriyasının aparıcı mütəxəssisi Fatma Şahbazova 1989-cu ildə Azərbaycanın “Qırmızı kitab”-ına daxil edilmiş Fabaceae Lindl. fəsiləsinin Albizia Durazz. cinsinə aid Albizia julibrissin Durazz. (Lənkəran akasiyası və ya İpək akasiya) növü üzərində tədqiqat işlərini həyata keçirmişdir. Növ Mərdəkan Dendrarisində 1945-ci ildən toxumla introduksiya olunmuş, hal-hazırda ex situ şəraitində çoxaldılır və mühafizə edilir.

Fatma Şahbazovanın apardığı tədqiqatlarının nəticələrini əks etdirən "Albiza julibrissin Durazz. növünün Abşeron ərazisində bioekoloji xüsusiyyətlərinin təyini" adlı məqaləsi Azərbaycan Elm Mərkəzinin "Təbiət və Elm" jurnalında dərc edilmiş və sertifkata layiq görülmüşdür.

https://aem.az/index.php?newsid=3434

Şərhini yaz