“Dendrologiya Bağı” PHŞ-nin əməkdaşlarına sertifikat təqdim edilib

Yanvarın 25-də Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) şöbə və laboratoriyalarının əməkdaşları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkil etdiyi təlimdə iştirak etmişlər.

“Bağçılığın mexanikləşdirilməsində innovativ texnologiya və texniki vasitələrin tətbiqi” və “Əkin sahələrində pestisidlərin istifadə qaydaları və texniki təhlükəsizlik” mövzusunda keçirilən təlimlərdə “Dendrologiya Bağı” PHŞ-nin şöbə və laboratoriyalarının əməkdaşları -“Təhçizat” şöbəsinin mütəxəssisi Gülşən Həsənova, “Təsərrüfat əhəmiyyətli bitkilər” laboratoriyasının aparıcı mütəxəssis-laborantı Aybəniz Hacıyeva və mütəxəssis-laborantı Günay Əlihəsənova, “Bitkilərin mühafizəsi və inkişafının təmin edilməsi” şöbəsinin baş mütəxəssisi Selcan Səfərəliyeva və məsləhətçi-aqronomu Xədicə Əliyeva iştirak etmişlər.

Əməkdaşlar təlimləri müvəffəqiyyətlə başa vurmuş və sertifikata layiq görülmüşlər.

Şərhini yaz