Dendrologiya Bağına səyahət edərkən aşağıdakılara icazə verilmir:
Piknik keçirmək
Bitki,ağac və güllərə, ümumən canlı kolleksiyaya zərər yetirmək
Od yandırmaq, yanğın təhlükəsi törədə biləcək hər hansı bir hərəkəti həyata keçirmək
Topla ayrılmış meydançadan kənarda oynamaq
Ətrafı tullantılarla çirkləndirmək
Etik normalara uyğun olmayan hərəkətlər etmək
Qiymətli və “Qırmızı Kitab”a daxil olunmuş nadir və nəsli kəsilməkdə olan bitkilərə zərər yetirən şəxslər “Azərbaycanın İnzibati Xətalar Məcəlləsi”nin 127-ci maddəsinə əsasən hüquqi və inzibati qaydada məsuliyyətə cəlb ediləcək, Bağın daxili intizam qaydalarına riayət etməyənlər cərimə olunmaqla Bağdan xaric ediləcəklər.