Samirə Bağırova
Samirə Behbud qızı Bağırova (18 iyun 1981, Bakı şəhəri) - biologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanda dendroxronologiya sahəsində ilk dendroxronoloqlardan biri, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya Bağı publik hüquqi şəxsin idarə heyətinin sədr müavini
HƏYATI
Samirə Bağırova 18 iyun 1981-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayon 45 nömrəli orta məktəbdə almış, 1998-ci ildə 263 saylı tam orta məktəbin 11-ci sinifini bitirmişdir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetində Biologiya fakültəsi üzrə Biologiya ixtisasına daxil olmuş, 2004-cü ildə həmin fakültəni bitirmişdir. 2004-2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin Biologiya fakültəsinin Botanika ixtisası üzrə magistr təhsili almışdır. II Ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində, Menecment ixtisası üzrə almşdır.
Ailəlidir, 1 övladı var.
ELMİ FƏALİYYƏTİ
2018-ci ildə “Abşeron şəraitində Eucalyptus L’herit. cinsinə aid bəzi növlərin bioekoloji xüsusiyyətləri və dendroxronoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə, 2021-ci ildə Botanika ixtisasında dosent elmi adına layiq görülmüşdür.
2023-cü ildə AR ETN Botanika İnstitutunda doktoranturaya qəbul olmuş, “Böyük Qafqazın qərb hissəsinin (Azərbaycan hüdudlarında) meşə ekosistemlərinin eko-dendroxronoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqatlarını davam etdirir.
ARƏMA-nin Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzi, “Rozmarinin çoxaldılması üsulu” (Patent) İxtirasının İ2023 0014 həmmüəllifidir.
Biologiya üzrə fəlsəfə doktoru hazırlığı üzrə 3 dissertantın elmi rəhbəridir.
ƏMƏK FƏALİYYƏTİ
2002-ci ildə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərdəkan Dendrarisində ilk əmək fəaliyyətinə başlamışdır. 2005-ci ilədək burada elmi işçi, 2012-ci ildə böyük elmi işçi, 2015-ci ildə aparıcı elmi işçi, 2018-ci ildən “Dendroxronologiya” laboratoriyasının müdiri kimi fəaliyyət göstərmişdir.
2020-ci ildə AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2021-ci ildə icraçı direktoru, 2022-ci ildə Dendrologiya İnstitutunun baş direktoru vəzifəsində çalışmışdır.
2022-ci ilin avqust ayından etibarən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Dendrologiya Bağı publik hüquqi şəxsin idarə heyətinin sədr müavini (sədr səlahiyyətlərinin icrası) vəzifəsində çalışır.
İCTİMAİ FƏALİYYƏTİ
2014-2022-ci illərdə AMEA Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri olmuşdur.
2020-2022-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Yeni Azərbaycan Partiyası (YAP) ərazi partiya təşkilatının İdarə Heyətinin sədr müavini, həmçinin Dövlət İmtahan Mərkəzinin əməkdaşı olmuşdur.
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin üzvüdür.
Azərbaycan Respublikası Biologiya, Aqrar və Tibb Elmləri üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Problem Şurasının “Botanika” və “Bioloji ehtiyatlar” seksiyası üzrə işçi qrupunun üzvüdür.
Gənclərin mükafatlandırılması (Socar) məqsədli ilə keçirilən Mono Qrant müsabiqəsinin qalibidir; Azərbaycan Elm Fondu, “Əsas Qrant Müsabiqəsi-2022” “Yerli xammal əsaslı Bağ məlhəmi preparatının alınması və tətbiqi” layihəsi üzrə (AEF-MCG-2022-1(42)-12/08/3-M-08 müqaviləyə əsasən) icraçıdır.
Elmi, ictimai fəaliyyətinə görə 60-dək sertifikat əldə etmişdir.
MÜKAFATLARI
AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə 2 dəfə (2015 və 2021-ci illərdə) AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanına layiq görülmüşdür.
TƏDQİQATLARI
Evkalipt növlərinin Azərbaycanda iqlimləşdirilməsi və dendroxronoloji təhlili (İSBN 978-9952-514-27-7) Bakı,”Elm” 2019 monoqrafiyasının müəllifi,
Azərbaycanda itburnu cinsi növləri təbii və mədəni şəraitdə (İSBN 978-9952-453-62-2) Bakı,”Elm” 2018 kitabının həmmüəllifi,
100-dən çox elmi əsərin (43 xarici, 15 Beynəlxalq xülasələndirmə və indeksləmə (bazalarında) sistemlərində) müəllifidir.
1. “Современная ландшафтная архитектура Баку”. Статья. IV Всесоюзный Научный Конференция «Ландшафтная архитектура в ботанических садах и дедропарках». 2012 стр. 32-35
2. “Физиологические особенности и устойчивость семейство масличные к различным токсическим загрязнителям атмосферного воздуха”. Статья. Журнал «Интродукция, сохранение и использование биологического разнообра-зия культурных растений», Махачкала, 2014, c 5-8
6. “Перспективность видов Эвкалипта в условиях Апшерона”. Статья. «Ландшафтна Архітектура В Ботанічних Садах І Дендропарках» Украина, 2018, c 147-152
8. “Повреждения видов эвкалипта вредителями Leptocybe invasa Fischer la Salle и Ophelimus maskelli Ashmed в условиях Абшерона” статья, “Новые материалы и перспективные технологии” Москва, 2018, Четвертый междисциплинарный научный форум Сборник материалов Том II Секция 3, стр.23-27
10. “The study of the radial growth of the flora species which do not have special protection on the southern hillsides of Greater Caucasus” article, Direct Research Journal of Agriculture and Food Science, January 2020, ISSN 2354-4147 Vol.8 (1) Article DRJAFS 1907278376, p.21-27
11. “Medicinal importance and economic efficiency of "Monoflor honey" from the flower of Lavsonia inermis L. species in closed conditions” məqalə, The XVIII International Scientific Symposium “The Past and Future of the Turkic Worl Eurasian National University İSBN İnternational Scientific Center Elger Nur-Sultan / Kazakhstan, 25 September 2021, səh. 236-240
12. “Дендрохронологические методы в изучении видов флоры Азербайджана” статья, HORTUS BOTANICUS Международный электронный журнал ботанических садов (Сохранение, мобилизация и изучение генетических ресурсов растений), 2021. Т. 16, ISSN 1994-3849 Т.17.2021 Эл № ФС 77-33059 AGRIS, стр. 118-126
13. “Солеустойчивость интродуцированных древесно-кустарниковых видов на засоленных почвах Апшеронского полуострова Азербайджана”. Статья. «Bulliten of Science and Practice» Scientific Journal 2021, Volume 7, Issure 2, ISSN 2414-2948. стр. 52-60
19. “Styphnolobium japonicum (L.) Schott növünün Abşeron yarımadasına introduksiyası vә mәhsuldarlığı”. Məqalə. The XXX International Scientific Symposium “Building cultural bridges to the future”, dedicated to the 30th anniversary of cooperation between the Republic of Azerbaijan and the Republic of Kazakhstan, ISBN: 978-605-71876-3-5, 30 September 2022 Astana/Kazakhstan. p. 136-140