Strategiya

Ərazinin qorunması, bağ ərazisindəki bitki növlərinin, yaşıllıq sahələrinin genişləndirdirilməsi, zənginləşdirilməsi, onlara qulluq edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin mühafizəsinin təşkili.

Bağı unikal təbiətə malik, əlverişli istirahət mərkəzinə çevirməklə, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının keçirilməsini təmin etmək.

Bağın cari fəaliyyətinin yüksəldilməsi və perspektiv inkişafının təmin edilməsi üçün davamlı olaraq tədbirlər planı hazırlamaq.

Bağ işlərinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə laboratoriyaların ən müasir avadanlıqlarla təmin olunması, infrastrukturun gücləndirilməsi.

Bitkilərin mühafizəsini təşkil etmək üçün xəstəlik və zərərvericilərə qarşı ən son yüksək səmərəliliyə söykənən inteqrir mübarizə tədbirlərinin hazırlanması.

Sistemli olaraq “Dendrologiya bağı” PHŞ-in əməkdaşlarının beynəlxalq konfranslarda, seminarlarda iştirakını təmin edən proqramların həyata keçirilməsi.

”Dendrologiya bağı” PHŞ tərəfindən mütəmadi olaraq seminarların, konfransların, treninqlərin təşkili , bağçılıq və bitkiçiliyin təbliği.

Dövlət və yerli idarəetmə orqanları, beynəlxalq və qeyri-hökümət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqələrin yaradılması.

TƏRƏFDAŞLAR

KEÇİDLƏR