“Dendrologiya bağı”nın əməkdaşları “Müstəqillik bayramı - Gənclik, incəsənət və əl əməyi” adlı sərgi-satış yarmarkasında iştirak edib

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının qarşısında “28 May Müstəqillik Günü”nə həsr olunmuş “Müstəqillik bayramı - Gənclik, incəsənət və əl əməyi” adlı sərgi-satış yarmarkası təşkil edili.

Yarmarkada Mədəniyyət və Sənətkarlıq üzrə Bakı  Dövlət Peşə Təhsil Mərkəzi və rayonun ümumtəhsil müəssisələrinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, RİH Aparatının əməkdaşları, rayon  ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılaraq, aparıcı tərəfindən bu əlamətdar günün tarixi barədə qonaqlara məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə xüsusi yeri vardır.

Qonaqlar gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxış keçirib.

Sonra sərgi-satış yarmarkasına start verilib. Dülgərlik, dərzilik, mebel quraşdırma, aşpazlıq, qənnadıçılıq  zərgərlik, aqronomluq və digər profillər üzrə sərgilənən, həmçinin satışa çıxarılan əl işləri tədbir işçirakçıları tərəfindən maraqla qarşılanıb.

Şagirdlər il ərzində emalatxanalarda hazırladıqları əl işləri onların yalnız peşə bacarıqlarını deyil, həm də yaradıcı potensiallarını əks etdirib.

Tədbirdə rayonu təmsil edən gənc musiqiçilər də çıxış edib.

Yarmarkada Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxsin əməkdaşları da iştirak edib.

Şərhini yaz