Bu gün Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü çərşənbəsi- Yel çərşənbəsidir.

İnanca görə, Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsində qalxan külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir.

Bu çərşənbədə də axşamüstü hər həyətdə, hər məhəllədə tonqallar qalanır, azar-bezardan, bədlik və fəlakətlərdən qorunmaq niyyəti  ilə tonqal üstündən atlanırlar.

Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq işləri görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.

Şərhini yaz